XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 17:47

Liviya “OPEC+”a qoşula bilər –Açıqlama

Liviya gündəlik neft hasilatının 1,7 mln. barel səviyyəsində olması şərti ilə “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasına qoşula bilər.

Bunu ölkənin Milli Neft Korporasiyasının (MOK) rəhbəri Mustafa Sanalla deyib.

Məlumata əsasən, hazırda ölkədə gündəlik neft hasilatı 1 mln. barel səviyyəsindədir. Bir ay ərzində bu göstəricinin 1,3 mln. barelə çatdırılması planlaşdırılır. Bununla yanaşı, Liviyanın növbəti 5 il ərzində gündəlik neft hasilatını 2,1 mln. barelə çatdırmaq planı var.

Xatırladaq ki, Liviya Venesuela və İranla birlikdə neft sektorundakı qeyri-sabit vəziyyət səbəbindən “OPEC+” çərçivəsində neft hasilatını azaltmaq öhdəliklərindən azad edilib. Beləliklə, ölkədəki iki siyasi qüvvənin qarşıdurması fonunda neft obyektlərinin bloklanması səbəbindən yanvar ayından sentyabr ayının sonunadək neft hasilatı təxminən 1,2 mln. barel azalaraq 100 min barel təşkil edib/APA.