XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 20:47

Azərbaycan nefti bahalaşıb- Qiymət

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 42,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,99 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,99 dollar/barel çoxdur.