XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2020 - 20:01

OPEC neftə tələbatla bağlı proqnozunu dəyişdi- Rəqəmlər

OPEC dünyada neftə gündəlik tələbata dair proqnozunu 2020-ci il üçün 9,8 milyon barel azaldaraq 2021-ci il üçün də 6,2 milyon barel artıraraq 96,3 milyon barelə çatdırıb.

“Report” qurumun aylıq hesabatına istinadən xəbər verir ki, bu dəyişikliklər ötən ay Avropa və ABŞ-da koronavirusa yoluxmaların artması və yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqilə bağlıdır. Bununla bağlı yanacağa tələbatın daha kəskin azalacağı gözlənilir.

Bununla yanaşı, yeni peyvəndin hazırlanması xəbərləri, habelə əmək bazarlarındakı dəyişikliklər, enerji sektorunun tənzimlənməsilə bağlı tədbirlər, pul-kredit və vergi siyasətilə bağlı tədbirlərin nə qədər səmərəli olacağı da iqtisadiyyatın dirçəlməsinə təkan verə bilər.

Hesabata görə, bütövlükdə oktyabr ayında neft hasilatı illik hesabla gündə 9,25 milyon barel azalıb, aylıq hesabla isə 0,58 milyon barel artaraq 91,17 milyon barelə çatıb. Dünya neft hasilatında OPEC-in payı 26,6 faizdən 26,7 faizədək artıb.