XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 22:14

Pərviz Şahbazov:“Avropaya qaz ixracı dekarbonizasiya baxımından vacibdir"

“Karbon emissiyasının azaldılmasında rolu olan təbii qazdan istifadə getdikcə artmaqdadır. Belə görünür ki, qarşıdakı azı 30 ildə təbii qaz dünya enerji bazarında əhəmiyyətli rol oynayacaq”,

Bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda Nazirlərin 22-ci Görüşündə Energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dünyanın və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi üçün əhəmiyyətli addımlar atır: “Enerji siyasətində qlobal trendlərə fikir versək görərik ki, Azərbaycan həm daxili, həm də qlobal bazarlarda təhlükəsizlik, sabitlik, əməkdaşlıq və inkişaf məqsədlərinə nail olmaq üçün addımlar atır. Cənub Qaz Dəhlizinin (SGC) son mərhələsi olan Trans Adriatik Boru Kəməri (TAP) bu məqsədin bariz nümunəsidir. SGC vasitəsi ilə yeni mənbələrdən Avropaya qaz ixracı həm dekarbonizasiya, həm də enerji mənbələrinin və marşrutlarının şaxələnməsi baxımından vacibdir”./Report