XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2020 - 11:05

AÇG-də hasilat 10%-dən çox azalıb –“BP-Azerbaijan”

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda 17,9 mln. ton neft hasil edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,5% azdır.

Bu barədə blokun operatoru “BP-Azerbaijan”-nın  Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına görə dərc etdiyi hesabatda deyilir.

Rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 39 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Hesabata görə, 2020-ci ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 399 mln. dollar əməliyyat məsrəfləri və 1,398 mlrd. dollardan çox əsaslı məsrəflər xərclənib.

“2020-ci ilin ilk üç rübü ərzində AÇG-də 10 neft hasilat və 2 suvurma quyusu qazılıb”, – hesabatda qeyd edilir.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.