XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

16 Noyabr 2020 - 11:25

“Şahdəniz”də qaz və kondensat hasilatı artıb –Hesabat

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından təqribən 13,3 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9% çoxdur.

BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına dair dərc etdiyi hesabataəsasən, hesabat dövrü yataqda 2,7 mln. ton (21,6 mln. barel) kondensat hasil edilib ki, bu da illik müqayisədə 3,85% artım deməkdir. 

Məlumata əsasən, hasilat “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından aparılıb.

Hesabata əsasən, 2020-ci ilin ilk üç rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 620 mln. ABŞ dolları yaxın əməliyyat xərcləri və 719 mln. dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.