XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 13:44

“Hətta manatın 1,55 psixoloji həddi də keçməsi istisna edilmir” –Tanınmış iqtisadçıdan manatla bağlı açıqlama

samir eliyev-1.jpg

"Azərbaycanda iqtisadi qanunauyğunluqlar işləmədiyi üçün hanısa proqnoz vermək çətindir".

Strateq.az xəbər verir ki, bunu manatın məzənnəsiylə bağlı fikirini bölüşən tanınmış iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, bu gün həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti olsa da, güvənlik verir:

"Bu gün həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti olsa da güvənlik verir. Neftin qiymətinin sabitləşməsi ($40 civarında) və FED rəhbəri xanım Canet Yelenin uçot dərəcələrini ehtiyatla qaldırmaq barədəki niyyəti dünya dolların möhkəmlənməsini bir müddət ertələyib. Dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb. Bu, manata xarici təzyiqi azaldır.

Digər tərəfdən Mərkəzi Bankın manat kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib. Elə bunun nəticəsidir ki, valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Elə buna görə də manatın son günlər bahalaşması müşahidə edilir. Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşdığından şirkətlər, xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirirlər. Ona görə də həm bazara əlavə dollar çıxarılıb, həm də manata ehtiyat yaranıb. Bu isə manatın mövqeyini daha da gücləndirir".

Samir Əliyevin sözlərinə görə, bütün bunları nəzərə almaqla demək olar ki, yaxın 1-2 həftədə manatın dollar qarşısında mövqeyi güclənəcək və müəyyən qədər bahalaşacaq:

"Hətta manatın 1,55 psixoloji həddi də keçməsi istisna edilmir. Ola bilsin manatın dollara olan rəsmi məzənnəsi 1,5-ə qədər yüksəlsin. Hər bir halda bu bahalaşma müvəqqəti xarakter daşıyacaq və uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır. Çünki manatın bahalaşmasnın heç bir iqtisadi əsası yoxdur və hazırda daha çox inzibati addımlardan dəstək alır.

Bütün bunlar sadəcə gözləntilərdir. Manatın məzənnəsi real səviyyəsini almadığından neftin bahalaşması hazırda manatın möhkəmlənməsini şərtləndirmir".