XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2020 - 10:00

ABŞ-ın neft ehtiyatları 490 milyon barelə yaxınlaşır –Hesabat

Ötən həftənin yekunlarına görə (9-13 noyabr), ABŞ-ın kommersiya neft ehtiyatları 0,77 mln. barel artaraq 489,47 mln. barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,65 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir/APA.