XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2020 - 21:26

Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 746 milyon dolları ötüb- Son 10 ayda

Cari ilin yanvar-oktyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 746,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azdır.

On ayda Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində 8,1 faiz paya malik olmaqla qonşu ölkənin ticarət tərəfdaşları sırasında Türkiyə, Rusiya və Çindən sonra 4-cü olub.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 381,7 milyon dollarlıq məhsul idxal edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azdır. Azərbaycan Gürcüstanın əsas idxal tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra 5,9 faizlik payla 5-ci yerdə qərarlaşıb.

Yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 364,6 milyon dollarlıq məhsul ixrac olunub. Bu göstərici də keçən ilin müvafiq aylarına nisbətən 10,5 faiz azdır. Azərbaycan Gürcüstanın ixrac tərəfdaşları sırasında 13,4 faizlik payla Çindən sonra 2-ci olub(azərtac).