XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

19 Noyabr 2020 - 22:18

Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olarmı?

Vergi Məcəlləsinin 158.1-ci maddəsində vergiödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıldığı halda, vergi orqanına əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə təqdim edilməsi istisna olunub.

Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, sahibkarlıq fəaliyyətini dayandırmamış şəxsin əlavə dəyər vergisinə cəlb olunan əməliyyatların aparılmasını dayandırdığı halda ƏDV qeydiyyatının ləğvinin mümkünlüyü nəzərdə tutulmayıb.

Həmçinin Vergi Məcəlləsinə əsasən vergiödəyicisi sahibkarlıq fəaliyyətini dayandırmayaraq vergiyə cəlb olunan əməliyyatlar apardığı, lakin həmin əməliyyatların ümumi məbləğinin əvvəlki tam 12 təqvim ayı ərzində 100 min manatdan çox olmadığı və ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdiyi halda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair vergi orqanına ərizə verə bilər.