XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2020 - 16:05

“TAP-a qaz vermək üçün bir ildir hazırıq” –Saltuk Düzyol

“Əslində, biz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) konsorsiumu olaraq, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya kommersiya qazının nəqlinə başlamağımız üçün bir ildən çoxdur hazır vəziyyətdəyik”.

Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol Türkiyə mətbuatına bildirib.

Onun sözlərinə görə, Avropaya qaz nəqlini başlamaqla birgə, gələn il Türkiyəyə təhvil verəcəyimiz qazın ümumi həcmi 12,2 milyard kubmetr təşkil edəcək.

O bildirib ki, 2022-ci ildə boru kəmərinin ümumi illik nəqletmə gücü 16 milyard kubmetrə çatdırmağı nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. (report)