XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2020 - 13:45

Azərbaycanda problemli kreditlərin payı gələn il 10%-i ötəcək –"Fitch"

“Fitch Ratings” beynəlxalq agentliyi 2021-ci ildə Azərbaycanda problemli kreditlərin cəmi kreditlərdə payının 10%-i aşacağını proqnozlaşdırır.

Agentliyin hesabatına görə, problemli kreditlərin payında artımın əsas səbəbi kimi COVID-19 pandemiyasına görə restrukturizasiya olunmuş kreditlər vaxtı keçmiş kreditlərə çevrilə biləcəyi göstərilir.

Agentliyə görə, ölkədəki bankların göstəriciləri zəifdir. “Fitch”in Bank Sistemi İndikatorunda (BSI) ölkənin bank sistemi “b” səviyyəsində qiymətləndirilir.

Qeyd edək ki, bu ilin oktyabrın 1-nə Azərbaycanda problemli kreditlərin cəmi kreditlərdə payı 7,2% təşkil edib. Bu göstərici sentyabrın 1-nə 7,3%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 10,1% olub.