XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2020 - 00:30

“AzerGold” QSC-nin nizamnamə kapitalı artırıldı –25 milyon manat

Nazirlər Kabineti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib. 

Qərara əsasən,  “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnamə kapitalı 37 milyon manatdan 62 milyon manata qaldırılıb.

İndiyə qədər “AzerGold” QSC-nin  nizamnamə kapitalı nominal dəyəri 18  manat 50  qəpik olan 2 milyon ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən, artıq nizamnamə kapitalı nominal dəyəri 31 manat olan 2 milyon ədəd adi səhmlərdən ibarət olacaq/APA.