XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2020 - 09:52

ABŞ-ın neft ehtiyatları yenidən azalıb –Hesabat

Ötən həftənin yekunlarına görə (16-20 noyabr), ABŞ-ın kommersiya neft ehtiyatları 0,75 mln. barel azalaraq 488,72  mln. barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,127 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir/APA.