XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2020 - 20:55

Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bankomat və POS-terminallar vasitəsilə debet və kredit kartlar üzrə dövriyyə 2,38 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çoxdur.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabat dövründə ödəmə kartları ilə əməliyyatların sayı 19,1 milyon təşkil edib və əvvəlki illə müqayisədə 24,4 faiz çox olub. Bunun ümumilikdə 104 milyon manatlıq 2,035 milyon əməiyyat ölkə xaricində həyata keçirilib.

Debet kartları ilə əməliyyatların sayı 16,3 milyon, məbləği 2,22 milyon manat təşkil edib. Bunlardan 1,64 milyon manat məbləğində 6,8 milyon əməliyyat bankomatlar vasitəsilə, 227 milyon manat məbləğində 3,03 milyon əməliyyat POS-terminallar vasitəsilə həyata keçirilib.

Kredit kartları ilə əməliyyatların sayı 2,8 milyon, məbləği 156 milyon manat təşkil edib. Bunlardan 42 milyon manat məbləğində 261 min əməliyyat bankomatlar vasitəsilə, 59 milyon manat məbləğində 1,26 milyon əməliyyat POS-terminallar vasitəsilə həyata keçirilib.