Azərbaycanda POS-terminalların sayı oktyabr ayı ərzində 38 vahid və ya 0,1% azalaraq noyabr ayının 1-nə 57 002 ədəd təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, ilin əvvəlindən ölkədə POS-terminalların sayı 15,5% və ya 10 466 vahid, ötən ilin eyni ayı ilə müqayisədə isə 13,1% və ya 8 606 vahid azalıb.
Məlumata əsasən, POS-terminalların 37 230 ədədi və ya 65,3%-i Bakıda, 19 772 ədədi və ya 34,7%-i isə regionlarda quraşdırılıb.
Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı oktyabr ayı ərzində 15 ədəd və ya 0,6% artıb. İlin əvvəlindən bankomatların sayı 0,3% və ya 8 ədəd, illik müqayisədə isə 1,6% və ya 43 vahid artıb. Bankomatların 1 392 ədədi və ya 52,4%-i Bakıda, 1 263 ədədi və ya 47,6%-i isə regionlarda quraşdırılıb.