XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2020 - 21:35

Avropa İttifaqı Ukraynaya 16,5 milyard avrodan çox vəsait ayırıb –Son 6 ildə

Avropa İttifaqı (Aİ) 2014-cü ildən bəri qrant və kredit şəklində Ukraynaya ümumilikdə 16,5 mlrd. avrodan çox maliyyə yardımı ayırıb ki, bu da Avropa Komissiyasının 2014-cü ilin mart ayında vəd etdiyi yardım paketindən təxminən 1,5 dəfə çoxdur.

Bu barədə Avropa Komissiyasının Ukrayna ilə Assosiasiya Sazişinin icrasına dair hazırlanan hesabatda deyilir.

Sənədə əsasən, Aİ Avropa maliyyə qurumları ilə birlikdə (Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı) 2014-cü ildən bəri Ukrayna üçün məbləği 16,5 mlrd. avrodan çox olan qrant və kreditlər səfərbər edib ki, bu da vəd edilmiş yardımın həcmini (11,175 mlrd. avro) xeyli üstələyib.

Qeyd edək ki, sözügedən məbləğə Ukraynanın BVF-nin kreditləri çərçivəsində cəlb etdiyi vəsait daxil deyil.

Hesabatda bu dövrdə Ukraynada yaşayış səviyyəsinin dinamikası barədə məlumat verilməsə də, 2020-ci ilin birinci yarısında Ukraynada orta əməkhaqqının real ifadədə 5% artaraq aylıq 350 avroya çatdığı qeyd olunub/APA.