XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2020 - 20:48

Sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyi veriləcək –Hökumət qərar verdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarında dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, kreditlər 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək.

“Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Höküməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi”n predmeti də dəyişib. İndiyə qədər bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 500 (beş yüz) milyon manatadək kreditlər üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin  tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edib.

Bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 2020-ci il üzrə 150 (yüz əlli) milyon manatadək, 2021-ci il üzrə 350 (üç yüz əlli) milyon manatadək olmaqla, ümumilikdə 500 (beş yüz) milyon manatadək kreditlər üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edir/APA.