XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 13:17

ABŞ Konqresi Çin səhmlərinin məhdudlaşdırılması barədə layihəni təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası xüsusilə Çin şirkətlərinin səhmlərinin ABŞ fond birjalarında yerləşdirilməsini məhdudlaşdırmaq məqsədi daşıyan “Xarici şirkətlərin hesabatlılığı haqqında” qanun layihəsini yekdilliklə təsdiqləyib.

TASS xəbər verir ki, qanun xarici biznesin ABŞ tənzimləyicilərinə hesabat təqdim etməsini zəruri edir.

Şirkət üç il ərzində Mühasibat Nəzarəti Şurasının audit tələblərini yerinə yetirməsə, birjaya çıxış hüququnu itirəcək. Bundan əlavə, biznes xarici hökumət tərəfindən idarə olunursa və ya xarici hökumətə məxsusdursa, bunu bildirmək lazımdır.

Sənədin ABŞ Prezidenti Donald Tramp tərəfindən məmnuniyyətlə imzalayacağı gözlənilir/Report.