XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 23:36

“Aramco”nun icraçı direktoru:"Neft sənayesində çətin günlər arxada qalıb"

Neft sənayesində və qlobal xam neft bazarında çətin günlər arxada qalıb. Hasilatın artması və qiymətlərin sabitləşməsi COVID-19 pandemiyası ilə mübarizəyə də töhfə olacaq.

Bu sözləri Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinin prezidenti Əmin Nəssir deyib.

“Bu ilin apreli neft sənayesi üçün ən ağır ay oldu. Qiymətlərin indiyədək görünməmiş səviyyədə enməsi müşahidə olundu. Lakin mən inanıram ki, artıq çətin günlər arxada qalıb. Hazırda neft sənayesi və qlobal bazar sabitləşmə və bərpa dövrünə qədəm qoyub”, – deyə şirkətin prezidenti əlavə edib.

Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən “Chemists Club” təşkilatının neft-kimya sənayesi sahəsində mükafatlarının təqdimatı mərasimində çıxış edən Ə.Nəssir qeyd edib ki, pandemiyaya rəğmən “Aramco” yeni layihələr həyata keçirməyə davam edir. Belə ki, yeni “SABIC” neft-kimya müəssisələrinin tikintisinə 69 milyard dollar vəsait ayrılıb. Bu meqalayihə krallığın neft sənayesində liderliyinin möhkəmlənməsində mühüm rol oynayacaq(azərtac).