XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 20:32

Azərbaycanda əmanətlərin tam sığortalanmasının müddəti uzadılır –4 ay

Azərbaycanda “Əmanətlərin tam sığortalanması” Qanunu daha dörd ay uzadılacağı gözlənilir.

Sənəd artıq Milli Məclisin dekabrın 11-də keçiriləcək iclasının gündəliyinə daxil edilib və komitədə müzakirəsi gözlənilir.

Xatırladaq ki, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək və əmanətçilərin bank sisteminə etibarını artırmaq məqsədilə Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış “Əmanətlərin tam sığortalanması haqqında” Qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib. (apa)