XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Mart 2016 - 18:54

Gömrük Komitəsi hökumətə təklif verdi- Vergi və rüsumlarla bağlı

gomruk

Dövlət Gömrük Komitəsi (DGK) gömrük vergi və rüsumları ilə bağlı hökumətə təkliflər təqdim edib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, martın 30-da Türkiyə Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin Bakı şəhərindəki ofisində sahibkarlarla Dövlət Gömrük Komitəsinin rəhbərliyi arasında görüş keçirilib.

DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev verilən təkliflərlə bağlı qeyd edib ki, Dövlət Gömrük Komitəsi yerli istehsalı qorumaq və inkişaf etdirmək məqsədilə Azərbaycanda istehsal edilən məhsullar üçün nəzərdə tutulan xammalın gömrük vergi və rüsumlarının azaldılması, ölkədə istehsal olunan, lakin xaricdən gətirilən eyniadlı məhsullar üçün isə gömrük vergi və rüsumlarının artırılması barədə təkliflərini hazırlayaraq hökumətə təqdim edib.