XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 16:53

Fond:"Əmanətlərin sığortalanma faizinin dəyişdirilməsi gündəmdə deyil"

“Əmanətlərin sığortalanma faizinin dəyişdirilməsi (artırılması) Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının gündəmində deyil”.

Bunu keçirdiyi mətbuat konfrasında ADIF-in icraçı direktoru Tural Piriyev bildirib.

“Məsələn, hazırda Azərbaycan banklarında xarici valyuta ilə yerləşdirilən əmanətlərin illik faiz dərəcəsi 1-1,5% civarındadır. Fond isə illik 2,5%-ə qədər gəlirliliklə qəbul edilən əmanətləri sığortalayır. Banklarla əmanət faizləri artarsa, onda sığortalanma faizinə yenidən baxmaq olar”, – deyə o, qeyd edib.

Xatırladaq ki, manat əmanətlərin sığortalanma faizi 12%-dir/Report.