XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 13:51

Əli Əsədov “Aqroservis” ASC ilə bağlı qərar verdi –Dəyişiklik

Nazirlər Kabineti “Aqroservis” ASC ilə bağlı yeni qərar verib

Strateq.az xəbər verir ki, qərara əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Məlumatda deyilir ki, həmin Fərmanın 2.1-ci bəndində göstərilir ki, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarını, lizinq yolu ilə satılması istisna olmaqla, kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edən, aqrotexniki xidmətlər göstərən və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsdir.

Qeyd ediləni nəzərə alaraq Nazirlər Kabinetinin qərarlarına müvafiq dəyişikliklər edilib.

Xatırladaq ki, bu ilin oktyabrın ilk ongünlüyündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqroservis” ASC-ni dövlət qeydiyyatına alıb.