XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 20:01

Dünya birjasında maraqlı olay:ilk dəfə su satışa çıxarılıb

Nyu-Yorkdakı Uoll Stret (Wall Street) birjasında neft, qızıl və s. xammalları ilə yanaşı, su da satışa çıxarılıb.

“Bloomberg” xəbər verir ki, hələ bu ilin sentyabr ayında Kaliforniyadakı kütləvi meşə yanğınları və istilər üzündən dəymiş böyük ziyandan sonra suyu birjadan satmaqla istehlakçıları və elektrik enerjisi istehsalçılarını suyun qiymətindəki dalğalamalardan qorumaq hədəflənib.

Su fyüçerslərinin 2018-ci ildən tətbiq olunmuş “Nasdaq Veles California Water Index”ə bağlanıb. Ötən gün qüvvəyə minmiş yanvar fyüçersi maliyyə hesablaşmalarla yerinə yetirilir, həqiqi su tədarükü tələb olunmur.

“CME Group İnc.”dən bildiriblər ki, birja Kaliforniyadakı kənd məhsulları istehsalçılarından, dövlət su agentliklərindən, kommunal təşkilatlarından, sərmayədarlardan sorğular alıb/Report.