XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 22:20

Rusiya rəsmisi:"Azərbaycanla iqtisadi əlaqələrimiz uğurla inkişaf edir"

“Uzun müddətdir Rusiya ilə Azərbaycan arasındakı iqtisadi-ticarət, humanitar əlaqələri tərəfdaşlıq və qarşılıqlı faydalı səciyyə daşımaqla uğurla inkişaf edir”.

Bunu Rusiya Ticarət və Sənaye Palatasının (CCI) vitse-prezidenti Maksim Fateyev Moskvada keçirilən “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” adlı biznes forumda bildirib.

“Cari ildə iqtisadiyyatda müəyyən dəyişikliklər baş verdi. Rəsmi məlumata görə, ilin 9 ayı ərzində ölkələrimiz arasındakı ticarət dövriyyəsi 5 faiz azalıb. Lakin yaxın gələcəkdə qarşılıqlı ticarət həcmini bərpa edərək daha da artıra biləcəyimizə heç bir şübhəmiz yoxdur”, – CCI rəsmisi qeyd edib.

“Son illər Rusiyanın 15-dən artıq subyektindən sahibkar heyətləri Azərbaycanda olub. 2016-cı ilin aprel ayında CCI-nin himayəsilə yaradılmış Rusiya – Azərbaycan İşgüzar Şurası da iki ölkənin ticarət və sənaye palataları arasındakı sazişdə əksini tapan əməkdaşlıq sahələrinə yönəlib. Habelə nəqliyyat, kənd təsərrüfatı, turizm, əczaçılıq kimi sahələr də daxil edilib”, – deyən M.Fateyev iki ölkə arasında sahibkarlıq subyektləri səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişlənəciyinə ümidvar olduqlarını qeyd edib/Report.