XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 15:55

Deputat:“Əmanətlərin tam sığortalanması bank sektorunun sağlamlaşdırılması üçün vacib idi”

“Əmanətlərin tam sığortalanması bank sektorunun sağlamlaşdırılması və əmanətçilərin əmanətlərinin qorunması üçün olduqca vacib idi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü Vahid Əhmədov deyib.

O bildirib ki, bank sektorunun kredit portfelinin formalaşdırılmasın banka yatırılan əmanətlərin olduqca vacib payı var: “Son vaxtlar bankların ümumi sayı 42 idi, indi bu say təxminən 32-yə düşüb. 4 bank bağlandı. Əmanətlərin tam sığortalanması fonunda bu banklarda olan əmanətlər əmanətçilərə qaytarıldı. Əmanətlərin Sığortalanması Fondunun işini təkmilləşdirməsi öz bəhrəsini verdi. Biz bu banklar bağlananda xırda şikayətlərlə qarşılaşdılar. Bank sistemi aşağı faizlə kreditlər verməlidir”.