XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 23:50

“Brent” markalı neft bahalaşdı –Son qiymət

Bu gün Londonun “İCE Futures” birjasında keçirilən hərracı zamanı Bakı vaxtı ilə saat 18:40-da “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 2,66 faiz bahalaşaraq 50,16 ABŞ dollarından satılıb.

Bu da cari ilin martın 6-dan sonra həmin markalı neftin ilk dəfə olaraq 50 ABŞ dollarlıq psixoloji həddi keçməsi deməkdir.

Həmçinin WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti də 2,75 faiz bahalaşaraq 46,77 ABŞ dollarından satılıb/Report.