XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 18:49

2021-ci ildə neftin qiyməti 62 dolları keçə bilər –PROQNOZ

Gələn ilin sonuna bazarda neft təklifinin azalması və gözlənilən defitsitin fonunda “qara qızıl” bir barel üçün 62 ABŞ dollarına qədər bahalaşa bilər.

Bunu “Saxo Bank”ın əmtəə bazarları strategiyası şöbəsinin müdiri Ole Hansen deyib.

Hansen son zamanlar “Brent” markalı neftin qiymətinin 50 dolları ötdüyünü və 2021-ci ildə də artımın davam edəcəyini qeyd edib. Onun sözlərinə görə, bu tendensiya xüsusilə dünyada koronavirusa qarşı kütləvi peyvəndləmə prosesinin başlana biləcəyi fonunda ilin ikinci yarısında daha gözə çarpan olacaq. Peyvəndlərin effektiv olduğu sübut edilərsə, neftə olan gündəlik tələbat 100 mln. bareli üstələyə bilər. Belə halda, gələn ilin sonuna “Brent”in bir bareli 62 dollaradək bahalaşa bilər. (apa)