XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2016 - 09:05

2 ayda istehsal obyektlərinin inşasına1,5 milyard sərf edilib

tikinti

Cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 834,9 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin vəsaitin 1 milyard 591,6 milyon manatı məhsul istehsalı obyektlərinin, 142,0 milyon manatı xidmət sahələri üzrə obyektlərin, 101,3 milyon manatı isə ümumi sahəsi 269,5 min kvadratmetr olan yaşayış sahəsinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 13,0 faizi dövlət, 87,0 faizi isə qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 32,4 faizini təşkil edib.