XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 20:44

Bu il Azərbaycana yatırılan investisiyaların həcmi- Açıqlanıb

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 716,6 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz az vəsait yönəldilib.

Trend-in məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 11,0 faiz azalıb. İstifadə olunmuş vəsaitin 8 milyard 374,4 milyon manatı və ya 65,9 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 185,0 milyon manatı (25,0 faizi) xidmət sahələrinə, 1 milyard 157,2 milyon manatı (9,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 130,5 milyon manatını və ya 63,9 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 958,2 milyon manatı və ya 62,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,9 faiz, büdcə vəsaitləri 24,2 faiz, bank kreditləri 6,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, sair vəsaitlər 3,3 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,6 faiz təşkil edib.