XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 14:57

Çin hökuməti elektron ticarət nəhənglərini cərimələyib- Bu səbəbdən

Çinin Dövlət Şurasının tabeliyində olan Bazarlara Nəzarət və Tənzimləmə İdarəsi (SAMR) bəzi biznes sövdələşmələrini icazəsiz həyata keçirdikləri üçün elektron ticarət nəhəngləri “Alibaba Group” və “Tencent Holdings”in hər birini 76,5 min ABŞ dolları məbləğində cərimələyib.

SAMR-ın açıqlamasına görə, 2017-ci ildə “Alibaba” “Intime Retail Group”dakı payını dövlətdən xəbərsiz 73,8%-ə çatdırıb, “Tencent Holdings” isə “New Classics Media”nı dövlətin icazəsi olmadan alıb. Bununla da, şirkətlər ölkənin antiinhisar qanunvericiliyini pozub.

Cərimə barədə xəbərlər yayıldıqdan sonra beynəlxalq fond birjalarında elektron ticarət nəhənglərinin səhmləri 2,6% ucuzlaşıb/Report.