XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 20:13

Türkiyəli nazir:"Naxçıvana illik 500 milyon kubmetr təbii qaz ötürüləcək”

“İğdır-Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması ilə könüldən bağlı olduğumuz Azərbaycan ilə daha bir güclü bağlantı qörmüş olacağıq”.

Bunu bu gün İğdır-Naxçıvan qaz kəməri ilə bağlı Anlaşma Memorandumun imzalanma mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, Naxçıvan əhalisinin təbii qazı fasiləsiz əldə etməsi və təbii qaz rahatlığından daha da yararlanması üçün çalışmaları başlamışıq: “Məqsədimiz – bu boru kəməri ilə Naxçıvanın qaz ehtiyacları ödənlicək. Bunun üçün Azərbaycan Energetika Nazirliyi əlindəın gələni edəcək”.

O qeyd edib ki. Naxçıvan Muxtar Respublikasına qazı tədarükü Türkiyə üzərindən həyata keçiriləcək: “Təbii ki, bu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qazı olacaq. SOCAR Türkiyənin BOTAŞ şirkəti ilə bunun uğurla həyata keçirəcəklər”.

Nazir qeyd edib ki, 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək: “İğdır üzərindən Naxçıvana çatıdrılacaq qaz Qarabağın işğalının ortaya çıxardığı bir yaralardan biri də sarılmış olacaq. Bununla da Naxçıvana Qarabağın işğalından əvvəl olan etibarlı qaz təminatı təmin ediləcək. Bu boru kəmərinin İğdırdan Naxçıvana Sədərəyə qədər olan hissəsi 85 kilometr təşkil edir. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək”.

Nazir bildirib ki, bu boru kəmərinin üzərində 20 min metr sahədə bir kompressor stansiyası da inşa ediləcək: “Qarabağın işğaldan azad edildikdən sonra yeni layihələrin əhəmiyyəti artmış olub. Bu layihələr də Naxçıvanın iqtisadiyyatını daha da gücləndirəcək”/Report.