XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 23:18

Neft-qaz kəmərləri Aİ-nin əsas hədəfləri sırasından çıxarılır –Açıqlama

Avropa İttifaqının (Aİ) enerji infrastrukturuna dair öncül hədəfləri sırasından neft və qaz kəmərləri ilə bağlı layihələr çıxarıla bilər.

Bu, Aİ-nin enerji infrastrukturuna dair qaydalarına Avropa Komissiyası (AK) tərəfindən təklif edilən dəyişiklikdə nəzərdə tutulur.

Belə ki, AK-nın Mətbuat xidməti tərəfindən açıqlanan sənədə görə, bundan belə Avropa enerji infrastrukturuna dair yeni layihələr 2050-ci ilədək regionda karbon qazı tullantılarını sıfırlamaq hədəfinə uyğun olmalıdır.

“Dəyişdirilmiş qaydalara görə, təbii qaz və neft nəqli infrastrukturu artıq Aİ üçün müştərək maraq kəsb edən layihələrə daxil edilə bilməz”, – sənəddə göstərilir/Report.