XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 21:21

Dünyanın ən varlı qadını öz sərvətini sürətlə paylamaq istəyir

Dünyanın ən zəngin qadını və “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş xanımı Makkenzi Skott bu ilin dörd ayı ərzində dörd milyard ABŞ dollarından çox ianə edib.

Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.

Bildirilir ki, Skott öz komandasına sərvətini daha sürətlə paylamaq üsulunu aydınlaşdırmağı xahiş edib. Bu il onun kapitalı 23,6 milyard ABŞ dollarından çox artıb, çünki “Amazon”un səhmləri artıb. Skott dünyanın ən zəngin insanları siyahısında 18-ci yer tutur.

“Pandemiya amerikalılar üçün ciddi zərbə oldu. Həm iqtisadi itkilər, həm də sağlamlıq nəticələri qadınlar, yoxsulluq içində yaşayanlar üçün daha pis idi. Bu vaxt pandemiya milyarderlərin sərvətini əhəmiyyətli dərəcədə artırdı”, – o deyib. Skottun builki yardımları təxminən 6 milyard ABŞ dolları olacaq.

Qeyd edilir ki, 30 ali təhsil müəssisəsinə maddi yardım verilib. Həmçinin 40-dan çox ərzaq bankı pul alıb. Skott ümumilikdə 380 xeyriyyə təşkilatına ianə edib.

“Mənim qeyri-proporsional məbləğdə pulum var”, – dünyanın ən zəngin qadını qeyd edib. Skott 2019-cu ildə ianələr haqqında öhdəliyi imzalayıb, o öz sərvətinin çox hissəsini paylamaq istəyir.