XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 18:28

Giorgi Qaxariya:"Gürcüstan ərazisi ilə nəql olunan Azərbaycan qazının həcmi artırılacaq"

“Şahdəniz” yatağından hasil olunan qazın Avropa bazarlarına tədarükünü nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin IV mərhələsinin icrası başa çatdırıldıqdan sonra Gürcüstan ərazisi ilə nəql olunacaq Azərbaycan qazının həcmi artırılacaq.

Bu barədə Gürcüstanın baş naziri səlahiyyətlərini icra edən Giorgi Qaxariya və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında keçirilən görüşdə bildirilib.

Qeyd olunub ki, Gürcüstan, eyni zamanda daxili tələbatını ödəmək üçün Azərbaycan qazını daha sərfəli qiymətlə əldə edə biləcək/Report.