XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 21:01

“Yaxın 25-30 ildə qaza tələbat artacaq” –Nazir müavini

Qaza olan qlobal tələbat yaxın 25-30 ildə azalmayacaq, əksinə, istifadə nəticəsində karbon qazı tullantılarının az olduğu səbəbindən artacaq.

Bunu Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin deyib.

“CO2 izinin kiçik olduğu səbəbindən yaxın 25-30 ildə qaz istehlakında azalma gözləmirik. Proqnozlarımıza görə, istehlak ancaq artacaq”, – P. Sorokin qeyd edib.

Artan tələbatın böyük hissəsi mayeləşdirilmiş qaz (LNG) hesabına təmin ediləcək.

Sorokinin sözlərinə görə, LNG bazarı yaxın 15-17 ildə 200 mln. ton arta bilər: “Bu, qaz bazarının hələ tam qlobal olmadığı anlamına gəlir, lakin bazar buna can atacaq”.

Nazir müavini bazarda rəqabətin gücləndirəcəyi də qeyd edib. (apa)