XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 10:19

“Brent” markalı neftin qiyməti 52 dolları keçib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1,59% artaraq 1 barelə görə 52,32 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,45% artaraq 49,06 dollar təşkil edib.