XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 22:52

ABŞ-da rekord iqtisadi artım qeydə alınıb –Hesabat

ABŞ-da ÜDM son hesablamalara görə, cari ilin üçüncü rübündə illik 33,4 faiz artıb.

Bu barədə Ticarət Departamentinin İqtisadi Təhlil Bürosunun (BEA) açıqlamasında bildirilir.

Bu da hesablamalar aparıldığı dövr üçün görünməmiş rəqəmdir. Bundan əvvəlki rekord 1950-ci ilin birinci rübündə illik 16,7 faizlik artım olub.

Qeyd edək ki, ekspertlər ÜDM artımının birinci və ikinci hesablanmasına görə hasil olunan 33,1 faizlik göstəricinin dəyişməyəcəyini güman edirdilər/Report.