XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 16:36

Xudafərində müştərək SES tikiləcək –İranlı nazir

“Xudafərin bəndində Azərbaycanla birlikdə su elektrik stansiyası tikiləcək”.

Strateq.az “IRIB”-ə istinadla xəbər verir ki, bunu İranın energetika naziri Rza Ərdəkanian bildirib.

Bu razılaşmaya əsasən, SES planın həyata keçirilməsi üçün maliyyə müzakirələri aparılacaq.

Rza Ərdəkanian Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevlə keçirilən görüşə istinadla, əlavə edib: “Xudafərin bəndi Araz sərhəd çayında il ərzində 1 milyard 600 milyon kubmetr suyu tənzimləyəcək əhəmiyyətli bir bənddir”.

Bəndin 280 meqavattlıq gücündə 2 su elektrik stansiyasına sahib olacağını bildirərək nazir layihə ilə bağlı razılaşmanın hələ 4 il əvvəl imzalandığını xatırladıb.

Nazirin sözlərinə görə, hər iki tərəfin ekspertləri hələlik məsrəflər barədə ümumi razılığa gəlməyiblər.