XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 17:19

Manatın möhkəmlənməsinin sirri… –İqtisadçı dolların enişinin səbəblərini açıqladı

vuqarbayram-1

"Manatın möhkəmlənməsi və xarici valyuta təklifinin artması daha çox əvvəlki aylarda müşahidə edilən sürətli dollarlaşma prosesi ilə bağlıdır".

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert bildirib ki, martın ikinci yarısından başlayaraq bankların bir qismi öz dollar aktivlərinin müəyyən hissəsini manata çevirməyə başlayıblar:

“Bu isə dollar təklfini artırıb. Bəzi banklar son günlər ayrılıqda bazara 15 milyon dollara yaxın xarici valyuta çıxarıblar. Manatın mərhələli möhkəmlənməsi əhalinin dollar satışını da artırıb. Bayram günlərində ölkəyə gələn turistlərin sayının çox olması da bankların dollar ehtiyatlarına təsir göstərib. Bu günlərdə bankların bir qismi özləri üçün məqbul məzənnə ilə dollar alışı həyata keçiriblər. Eyni zamanda, MB tərəfindən manat bazasının azaldılması da məzənnəyə təsir göstərir. MB-nin siyasəti “az manat və dollara olan az tələbat” prinsipini hədəfləyib. Faktiki olaraq MB pul bazasını 5 milyarddan aşağı endirib”.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın pul bazasını necə dəyişməsi də bazara təsir göstərəcək:

“Vətəndaşlar yığdıqları dolları cari xərclər üçün manata çevirməyə məcburdurlar. Nəticədə son zamanlar Dövlət Neft Fondu auksiona dollar çıxarsa da, tam satılmır. Növbəti günlərdə milli valyutanın məzənnəsi möhkəmlənəcək. Çünki bazarın dollar satışı yüksəkdir, xarici valyutaya tələb isə azdır. Eyni zamanda, dolların manata nisbətən son ucuzlaşmalarından ehtiyatlanan vətəndaşlar dollarlarını manata çevirməyi davam etdirəcəklər. Bu isə növbəti günlərdə dollara sifarişin azalmasına gətirib çıxara bilər. Amma mövcud iqtisadi şərtlər, o cümlədən neftin dünya bazarındakı indiki qiyməti ilə prosesi uzun müddət aparmaq mümkün deyil. Bazarın kənar intervensiyalar olmadan uzun müddətli dövr üçün tarazlı dollar təklifi formalaşdırmaq imkanları məhduddur. Bütün hallarda ötən illərdə tövsiyyə etdiyim kimi, pulun valyuta səbəti formasında saxlanması vətəndaşları və biznesi bütün valyuta risklərindən qoruyur. Dollar, avro və milli valyutadan istifadə etməklə formalaşan səbət ən risksiz hesab edilir”.