XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 13:25

Elman Rüstəmov:"Bu il makroiqtisadi sabitlik qorunub, ölkənin strateji valyuta ehtiyatları stabil qalıb"

“2020-ci il başlanandan dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmirdi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

AMB sədri bildirib ki, 2020-ci ildə dünya iqtisadiyyatında mühüm problemlərlə üzləşəcəyimiz bəlli idi: “Cari ilin əvvəlindən başlayan pandemiya böhranı mövcud problemlərə ikiqat təsir etdi. Məlum oldu ki, dünya iqtisadiyyatı yaranan ikiqat şoklara hazır deyil. Bu ilin ortasında qlobal iqtisadiyyat özünün dib nöqtəsinə çatdı. Neft qiymətləri 16-69 dollar arasında dəyişdi. Dünya bazarlarına əhəmiyyətli inteqrasiya olmuş milli iqtisadiyyatımız da bu şoklardan əhəmiyyətli təsir aldı. Bütün bunlara baxmayaraq, ölkəmizdə cari ildə makroiqtisadi sabitlik qorunub saxlanılıb, ölkənin strateji valyuta ehtiyatları stabil qalıb”.