XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 13:44

Elman Rüstəmov:“Qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsi qorunub saxlanılıb”

“Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsi qorunub saxlanılıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

MB sədri bildirib ki, cari ildə uçot dərəcəsi endirilib: “2018-ci ildən bəri iqtisadiyyata pul təklifi 50%-dən çox artıb. Bu da ödəniş sisteminin fasiləsiz işinin təmin olunmasına şərait yaradıb. Kredit faizləri 5,5% düşüb. Cari ildə bank sektorunun sağlamlaşdırılması üçün radikal addımlar atılıb, 4 bank bağlanıb. Bağlanmış banklar nəzərə alınmaqla, banklarda istehlak kreditləri azalsa da, biznes və ipoteka kreditləri artıb”.