XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 17:35

İran səfiri:“Azərbaycanla güzəştli ticarət müqaviləsi imzalanacaq”

“Azərbaycan Respublikası ilə münasibətlərimizdə əngəllər aradan qaldırılır və qarşılıqlı əməkdaşlıq sahələri daha da asanlaşacaqdır”.

Strateq.az “IRNA”-ya istinadla xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Seyyid Abbas Musəvi bildirib.

Ölkəsinin Şərqi Azərbaycan vilayətinin rəsmiləri və iş adamları ilə videokonfrans rejimi ilə ünsiyyət zamanı o, iranlı biznes fəallarının Azərbaycan Respublikasının işğaldan azad edilmiş bölgələrində bərpa işlərinə cəlb edilməsi zərurətini dilə gətirib.

Azərbaycan XİN rəhbərinin bu yaxınlarda Tehrana etdiyi səfərə toxunaraq səfir bildirib: “Bütün görüşlərdə iki ölkə arasındakı yaxşı əlaqələrə, həmçinin, azad edilmiş ərazilərin yenidən qurulmasında ortaqlığa vurğu edilib”.

Musəvi əlavə edib: “Azərbaycanda həyata keçirilməkdə olan dəmir yolu, sənaye şəhərciyi, əczaçılıq və s. kimi sahələr üzrə 15-ə yaxın layihə var. Güzəştli ticarət müqaviləsinin imzalanmasına dair danışıqlar başa çatmaq üzrədir və yekun sənəd tezliklə imzalanacaqdır. Qarabağın azad edilmiş ərazilərində əkinçilik və heyvandarlıq sahəsi üçün əlverişli iqlim şəraiti mövcuddur. Həmçinin, bu ərazilərdə təxminən 24 min hektar meşə sahəsi bərpa edilməlidir”.

Səfirin sözlərinə görə, Azərbaycan bu işlərin bir hissəsi üçün öz mənbələrindən istifadə edir. Eyni zamanda, Dünya Bankı və Asiya Bankından, habelə digər maliyyə qurumlarından aşağı faizli kreditlər alır. Şirkətlərimiz Türkiyə, İtaliya, Almaniya və Amerika şirkətləri ilə rəqabəti nəzərə almalıdır. Azərbaycan Prezidenti dost ölkələri, xüsusən də, İranı ərazilərin yenidən qurulmasında iştirak etməyə dəvət edib. Layihəsi hazırlanan Azərbaycan Respublikasının 2021-ci il büdcəsində yenidənqurma üçün təqribən 2 milyard 200 min manat (1,3 milyard dollar) ayrılıb və digər mənbələr hesabına məbləğin 10 milyarda çatdırılması nəzərdə tutulub”.