XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Dekabr 2020 - 14:59

Novak:"Neft qiymətlərinin 45-55 dollar olması optimaldır"

Rusiya hökuməti neftin mövcud bazar vəziyyəti üçün neftin qiymətinin 45-55 ABŞ dolları diapazonunda olmasını optimal hesab edir.

Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, bir tərəfdən bu diapazon bazarı “qızdırmamaq” (bazarda vəziyyətin sabit saxlamaq – red.) üçün şərait yaradır, ikinci tərəfdən isə, istehsalçılara dəstək göstərməyə imkan verir.

“Rusiya tərəfindən azaldılan hasilatın bərpası üçün də neftin bir bareli üçün olan qiymətinin 45-55 dollar civarında olması da optimal sayılır”, – A. Novak vurğulayıb. (apa)