XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

25 Dekabr 2020 - 21:01

Azərbaycan əhalisi noyabrda dollar alışını azaldıb, satışını artırıb

Bu ilin noyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 140,979 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 96,910 mln. dollar və ya 40,7% azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda ölkə əhalisi dollar alışını 63,217 mln. dollar və ya 30,96% azaldıb.

Bu ilin yanvar-noyabr ayında ölkə əhalisi 3,145 mlrd. dollar alıb ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 35,1% çoxdur.

Bundan başqa, bu ilin noyabr ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 91,316 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 36,923 mln. dollar və ya 28,8% azdır, bu ilin oktyabr ayı ilə müqayisədə isə 5,065 mln. dollar və ya 5,9% çoxdur.