XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 12:52

Mərkəzi Bankdan “qara bazar”la bağlı- AÇIQLAMA

Mərkəzi Bank (AMB) ölkədə “qara bazar” ilə əlaqədar açıqlama yayıb.

APA-Economics”in məlumatına görə, AMB valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yanlış fikirlərə cavab olaraq bildirib ki, Bank qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir.

“Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir”, – deyə açıqlamada qeyd olunub.