XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 14:47

Vergi Məcəlləsinə dəyişiklik oldu –İcbari tibbi sığortanın ƏDV-dən azadedilmə müddəti artırıldı

Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Strateq.az xəbər verir ki, dəyişikliklərə əsasən icbari tibbi sığortanın əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müddəti daha 1 il artırılıb.

Sənəddə qeyd olunub ki, “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə ƏDV-dən azad edilir. Hazırda sözügedən müddət 1 il, yəni bu ilin sonuna qədərdir.