XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 14:15

Deputat:"20-30 min sakini olan bəzi ərazilərdə bankomat yoxdur"

“Əhalinin əsas narahatlıqlarından biri bir çox kəndlərdəki bankomatlara pul qoyulmamasıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, əhali pensiyanı bankomatlardan götürə bilmir: “Bu bankomatlar qoyulubsa, onlara pul qoyulsun. Digər tərəfdən 20-30 min nəfər sakini olan ərazilərdə heç bankomatlar da yoxdur. Bunun üçün onlar rayon mərkəzinə getməyə məcbur olurlar. Bu işlər camaatı narazı salır”.

Sədr Sahibə Qafarova isə dəqiq məlumatın katibliyə verilməsini istəyib/APA.