XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 20:32

Azərbaycanda qızıl və gümüş ili bahalaşma ilə başa vurdu- Rəqəmlər

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, dekabrın 30-da qızılın qiyməti dekabrın 29-u ilə müqayisədə 10,404 manat (0,33 faiz) artaraq 1 unsiya üçün 3 205,1205 manat təşkil edib.

Gümüş 0,202 manat (0,45 faiz) bahalaşaraq 1 unsiya üçün 44,9132 manata bərabər olub.

Platinin qiyməti 32,5295 manat (1,83 faiz) artaraq 1 806,743 manat, palladiumun qiyməti 32,4105 manat (0,81 faiz) azalaraq 3 983,083 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 194,9475 manat (6,5 faiz) bahalaşıb, gümüş 7,4849 manat (20 faiz) bahalaşıb, platin 173,196 manat (10,6 faiz) bahalaşıb, palladium 127,551 manat (3,1 faiz) ucuzlaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 630,309 manat (24,5 faiz) bahalaşıb, gümüş 14,4471 manat (47.4 faiz) bahalaşıb, platin 190,995 manat (11,8 faiz) bahalaşıb, palladium 742,1945 manat (22,9 faiz) bahalaşıb.